الخميس، 19 يوليو 2012

Ramazan nəyə istinadən başlayır: “astronomik dəqiqlik”, yoxsa “fətva”?



Şamaxı Rəsədxanası: Azərbaycanda Ramazan ayının başlanmasını xəbər verən yeni ay iyulun 19-da Bakı vaxtı ilə saat 09.25 dəqiqədə görünəcək
 
Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası: Ramazan ayının ilk günü miladi təqvimi ilə iyulun 21-ə təsadüf edir

Məncə cavab çox asan və bilinəndir.

Hər ehtimala qarşı, hadisələrin gedişatı belə olub:

"Azərbaycanda Ramazan ayının başlanmasını xəbər verən yeni ay (ayın təzələnməsi) iyulun 19-da Bakı vaxtı ilə saat 09.25 dəqiqədə görünəcək. Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru Əyyub Quliyev bildirib. Onun sözlərinə görə, Ramazan ayının başlanması ilə əlaqədar fətva Qafqaz Müsəlmanları İdarəsi tərəfindən veriləcək: “Bəzən belə deyirlər ki, guya ay mütləq gözlə görünməlidir. Amma ola bilər ki, hava buludlu olsun və Ay Günəşə çox yaxın olduğundan görünməsin. Biz astronomik dəqiqliklə yeni ayın təzələnmə vaxtını göstəririk”.
Ə. Quliyev bildirib ki, Ramazan bayramı ilə bağlı Azərbaycan Nazirlər Kabinetinin 7 dekabr 2011-ci il tarixli 198 saylı sərəncamı var: “Bu sərəncama əsasən, 19-20 avqust tarixləri bayram günləri hesab edilir. Növbəti ay avqustun 17-də saat 20.55 dəqiqədə təzələnəcək”.

 
"Bu gün Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası orucluq ibadətinin – Ramazan ayının başlanması ilə bağlı fətva verib.
APA-nın verdiyi məlumata görə, Qazılar Şurasının bu gün keçirilən toplantısında bildirilib ki, Ramazan ayının ilk günü miladi təqvimi ilə iyulun 21-ə təsadüf edir.
İyulun 20-i isə niyyət gecəsidir. Ayın görünməsindən asılı olaraq Ramazan – fitrə bayramı miladi təqvimi ilə avqustun 19-u və ya 20-ə düşür. Qafqaz Müsəlmanları İdarəsi mübarək Ramazan ayında hamını səbrli olmağa və Allah yolunda xeyirxah işlər görməyə dəvət edib."


Xeyir, bərəkət, bağışlanma və bol rəhmətli Ramazan ayınız mübarəkdir.
Allah oruc ibadətlərinizlə bəzədiyiniz dualarınızı qəbul etsin.


للقراء الأعزاء العرب نقل العنوان الى العربية:
على ما يعتمد بدء شهر رمضان: معطيات فلكية دقيقة أم فتاوى صادرة عن الإدارات المعنية لشؤون الدين؟

رئيس مرصد شاماخي الاذربيجاني: رؤية هلال رمضان مـــن أذربيجان الساعة 09.25 في 19 يوليو 
 http://ar.apa.az/news.php?id=19793

مجلس القضاة لإدارة مسلمي القوقاز: أول يوم مـــن شهر رمضان هذا العام يوافق 21 يوليو الجاري ميلاديا
http://ar.apa.az/news.php?id=19806

ولا يخفى على مسلم على ما يجب ان يعتمد لبدء إمساكه وإفطاره على كل حال فإن الآيات بينة والأحاديث واضحة.
تقبل الله عز وعلا دعوات وصلوات مسلحة بالصيام المخلص للمسلمين جمعاء.
رمضان مبارك.