الخميس، 28 يناير 2016

"بحث المسائل المتعلقة بعقد الاجتماع السادس للجنة الأذربيجانية الإماراتية الحكومية المشتركة" مع أصل الترجمة

بحث المسائل المتعلقة بعقد الاجتماع السادس للجنة الأذربيجانية الإماراتية الحكومية المشتركة 

باكو، 28 يناير (أذرتاج).
جرى تبادل الآراء حول جدول أعمال الاجتماع السادس للجنة الحكومية المشتركة للتعاون الاقتصادي والتجاري والفني بين حكومة جمهورية أذربيجان وحكومة دولة الإمارات العربية المتحدة، المقرر انعقاده في هذا العام، وذلك أثناء لقاء عقد بين وزير الاقتصاد الأذربيجاني شاهين مصطفايف والسفير محمد أحمد هامل القبيسي السفير الإماراتي لدى الجمهورية.
أفادت وكالة أذرتاج نقلا عن وزارة الاقتصاد أن الوزير شاهين مصطفايف قال إن العلاقات السياسية الرفيعة والزيارات المتبادلة بين أذربيجان والإمارات العربية المتحدة وفرت أرضية ملائمة للتطور الناجح للتعاون الاقتصادي الثنائي. إن الوثائق الموقعة بين البلدين حتى الآن فيصل عددها إلى ما يزيد عن 30 وثيقة. وأقيم الاجتماع الخامس للجنة المشتركة فضلا عن افتتاح أول مكتب خارجي لغرفة دبي للتجارة والصناعة في باكو. وأشار الوزير إلى وجود إمكانيات واسعة للتعاون في مجالات الزراعة والسياحة والطاقة البديلة والتعليم والإنساني وغيرها بين البلدين.
من جانبه أعرب السفير الإماراتي محمد هامل القبيسي عن سروره لتعيينه سفيرا لبلاده في أذربيجان مؤكدا انه لن يتوانى من جهد أثناء عمله الدبلوماسي هنا في سبيل توسيع العلاقات بين البلدين.

 Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri Birgə Hökumətlərarası Komissiyanın 6-cı iclası ilə bağlı fikir mübadiləsi aparılıb

  Bakı, 28 yanvar, AZƏRTAC
Bu il keçirilməsi nəzərdə tutulan Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 6-cı iclasının gündəliyinə dair fikir mübadiləsi aparılıb.
İqtisadiyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, iqtisadiyyat naziri Şahin Mustafayev Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı səfiri Mohamed Hamel Alqubaisi ilə görüşüb. Ş.Mustafayev bildirib ki, Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında yüksək səviyyəli siyasi münasibətlər və qarşılıqlı səfərlər iki ölkə arasında iqtisadi əməkdaşlığın uğurlu inkişafına əlverişli zəmin yaradıb. İndiyədək ölkələrimiz arasında 30-dan çox sənəd imzalanıb, Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 5 iclası keçirilib, Dubay Ticarət və Sənaye Palatasının xaricdə ilk nümayəndəliyi Bakıda açılıb. Azərbaycan və BƏƏ arasında iqtisadi əlaqələrin genişləndirilməsi perspektivlərinə toxunan Ş.Mustafayev kənd təsərrüfatı, turizm, alternativ enerji, humanitar, təhsil və sair sahələrdə əməkdaşlıq imkanlarının geniş olduğunu bildirib.
Azərbaycan və BƏƏ arasında qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsinin aparıldığı görüşdə nazir Ş.Mustafayev Azərbaycan iqtisadiyyatı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verib, münaqişə ilə bağlı ölkəmizin ədalətli mövqeyini səfirin diqqətinə çatdırıb.
Birləşmiş Ərəb Əmirliklərinin ölkəmizdəki səfiri Mohamed Hamel Alqubaisi Azərbaycanda səfir təyin olunmasından məmnunluğunu ifadə edərək, fəaliyyəti dövründə ölkələrimiz arasında əlaqələrin inkişafı istiqamətində səy göstərəcəyini vurğulayıb, iqtisadiyyatın müxtəlif sahələrində əlaqələrin genişləndirilməsi imkanlarına dair fikirlərini bölüşüb.
Görüşdə həmçinin, bu il keçirilməsi nəzərdə tutulan Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 6-cı iclasının gündəliyinə dair fikir mübadiləsi aparılıb. 
http://azertag.az/xeber/Azerbaycan_Birlesmis_Areb_Amirlikleri_Birge_Hokumetlerarasi_Komissiyanin_6_ci_iclasi_ile_bagli_fikir_mubadilesi_aparilib-922396